"İcazələrin Alınması və Monitorinqi Sistemi” təqdim olunub

3 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov gücləndirilmiş karantin rejimi dövründə bütün fiziki və hüquqi şəxslərin, habelə vətəndaşların evdən çıxma qaydalarının tənzimlənməsinə dair sistemdən irəli gələn məsələlər barədə məlumat verib.

Sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

A- A A+

Digər press-relizlər