Please ensure Javascript is enabled for purposes of website accessibility

HP şirkətinin vitse-prezidenti Herbert Rastbiçlerin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

13 avqust 2013-cü il tarixində HP şirkətinin vitse-prezidenti Herbert Rastbiçlerin  rəhbərlik etdiyi nümayəndə heyəti  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri  İnam Kərimov  1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması tarixçəsi , məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. İnam Kərimov  bildirmişdir ki, klassik “vahid məkan” prinsipi əsasında çalışan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid məkan prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Diqqətə çatdırıldı ki, 15 yanvar tarixindən indiyədək 400 mindən çox vətəndaşa xidmət göstərilmişdir.

Qonaqlar HP şirkəti ilə Dövlət Agentliyi arasında həyata keçirilən  əməkdaşlıqda maraqlı olduqlarını bildirmiş, onun perspektivləri üzrə fikirlərini bölüşmüşlər.

Həmçin qonaqlar “ASAN xidmət” mərkəzi ilə tanış olmuş, xidmət prosesini canlı şəkildə izləmiş, müsbət təəssüratla ayrılmışlar.

Foto: HP şirkətinin vitse-prezidenti Herbert Rastbiçlerin  rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

 

A- A A+

Digər press-relizlər