Please ensure Javascript is enabled for purposes of website accessibility

“Hərbiyyə” düşərgəsi davam edir

“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin 3-cü gününə səhər idmanı ilə start verilib.

Sonra iştirakçıların “Qanlı körpü”yə eksursiyası təşkil edilib.

Düşərgə çərçivəsində iştirakçılar komandalar şəklində ərazi üzrə gizlədilmiş hərbi vasitələrin verilən koordinatlar vasitəsilə tapılması əməliyyatını həyata keçiriblər.

Həmçinin Xüsusi Təyinatlı Kəşfiyyat Qrupunun üzvü qazi Aqil Əhmədovla görüş təşkil olunub.

“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.

A- A A+

Digər press-relizlər