Please ensure Javascript is enabled for purposes of website accessibility

“Hərbiyyə” düşərgəsi başa çatıb

30 avqust 2019-cu il tarixində “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib.

Öncə mərasimdə 30 avqust – Türkiyə Respublikasının Zəfər bayramı qeyd olunub. Bu münasibətlə düşərgə iştirakçıları tərəfindən müxtəlif vətənpərvərlik mahnıları səsləndirilib.

Tədbir iştirakçıların müxtəlif kateqoriyalar üzrə mükafatlandırılması ilə davam etdirilib.

Sona xatirə şəkli çəkdirilib.

Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.

A- A A+

Digər press-relizlər