Please ensure Javascript is enabled for purposes of website accessibility

“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir

Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir.

            5-10 sentyabr tarixində Beyləqan hərbi birliyində baş tutacaq düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

            Hərbi simulyasiya formatında həyata keçiriləcək bu layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.

            “Hərbiyyə” gənc nəslin hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 4-cü düşərgədir.

A- A A+

Digər press-relizlər