Please ensure Javascript is enabled for purposes of website accessibility

Gəncə “ASAN xidmət” mərkəzində qrup rəhbərləri ilə təlimlər keçirilmişdir

İntuziazm hissinə, müstəqil və yaradıcı düşüncə tərzinə malik olan, yaradıcı kadrların yetişdirilməsi, korporativ dəyərlərə sadiq, vətəndaş məm­nun­luğunu təmin edə bilən kadr potensialının formalaşdırılması Dövlət Agentliyin Təlim Strategiyasının əsas məqsədlərindən biridir.

Təlimdə iştirak edən qrup rəhbərləri təmsil etdikləri orqanın xidmətlərini   daha səmərəli təqdim etmək üçün insan resurslarının düzgün idarə olunmasının mahiyyəti, sosial-psixoloji, hüquqi metodları, motivasiya və adaptasiya, qiymətləndirmə və s. mexanizmlər barədə geniş şəkildə məlumatlandırılmışlar. Həmçinin, komanda qurmaq bacarığı, komanda işinin təşkilatın səmərəli fəaliyyətində rolu, uğurlu komandanın zəruri şərtləri təlim iştirakçılarının diqqətinə çatdırılmışdır .

Təlim prosesində müxtəlif öyrədici video çarxlar, məqsədli müzakirə, beyin fırtınası, qruplarla iş və s. kimi fəal təlim metodlarından istifadə olunmuşdur.

 

A- A A+

Digər press-relizlər