Please ensure Javascript is enabled for purposes of website accessibility

Gənc kadrlara adaptasiya proqramına dair ilkin təlimlər keçirilmişdir

13 mart 2014-cü il tarixində Gəncə “ASAN xidmət” mərkəzində çalışan yeni əməkdaşlar üçün adaptasiya proqramının tətbiq olunması və bu proqram çərçivəsində onlara ilkin təlimlərin keçirilməsi üçün  müvəkkil şəxslərlə  təlim keçirilmişdir. İlkin təlimlərin mahiyyəti və strukturu barədə məlumatlandırılan müvəkkil şəxslər yeni əməkdaşın uğurlu adaptasiyasında rolu barədə geniş məlumatlandırılmışlar.  

İştirakçıların nəzərinə çatdırılmışdır ki, ilkin təlimlərin əsas mahiyyəti yeni əməkdaşlarda “ASAN xidmət” mərkəzlərinin iş üslubu, fəaliyyət istiqamətləri, əsas vəzifə və funksiyaları, mərkəzlərin fəaliyyətinin tənzimlənməsi və davranış qaydaları, nizam-intizam qaydaları, etik davranış qaydaları, korporativ mədəniyyət, geyim qaydaları və s. barədə ilkin məlumatlandırmanın formalaşdırılmasıdır.

Bildirilmişdir ki, adaptasiya proqramının tətbiq olunmasında  məqsəd  yeni əməkdaşın öz vəzifəsinin icrasına hazırlanması, vəzifəsinə daha tez uyğunlaşmasının təmin olunması, vəzifəyə uyğunlaşma mərhələsində mümkün səhvlərin sayının azaldılması, staj müddətində səriştəsinin artırılması və potensialının  inkişaf etdirilməsindən ibarətdir.

Qeyd edək ki, gənc kadrların peşəkarlığının və fərdi keyfiyyət xüsusiyyətlərinin inkişafını, emosional stabilliyini, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, etik davranış qaydalarını, təşkilati mədəniyyəti aşılayan təlimləri keçirilməsi Dövlət Agentliyinin strateji hədəflərindən birini təşkil edir.

 

A- A A+

Digər press-relizlər