Please ensure Javascript is enabled for purposes of website accessibility

Fransanın regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi “ASAN xidmət”də

İyunun 30-da Fransanın regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi Bertran For “ASAN xidmət” mərkəzi və “ASAN radio”nun fəaliyyəti ilə tanış olub.

Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 10 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan baş katib "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

 

A- A A+

Digər press-relizlər