Please ensure Javascript is enabled for purposes of website accessibility

"Əsrlərin qovşağı" kompozisiyası təqdim olunub

25 sentyabr 2019-cu il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində "Əsrlərin qovşağı" adlı kompozisiya təqdim olunub.

      “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramı çərçivəsində reallaşdırılan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və digər qonaqlar iştirak ediblər.      
       Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilib.
         ASAN Könüllüləri tərəfindən mütəmadi olaraq müxtəlif mədəniyyət tədbirləri reallaşdırılır.

A- A A+

Digər press-relizlər