Enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı prosedur sadələşdirilib
“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli 437 nömrəli Fərmanına uyğun olaraq sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması prosesi 3 mərhələdən 2 mərhələyə, müddət isə 24 gündən 20 günə endirilib.
Obyektlərin yerləşdiyi ərazidən asılı olmayaraq elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etmək olar.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və www.asan.gov.az saytından əldə etmək olar.