“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun növbəti iclası baş tutub
11 fevral 2022-ci il tarixində “Texnologiya və innovasiyalar” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutub.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri və ekspertlər iştirak ediblər.
Görüş zamanı elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması məqsədilə 2022-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsi müzakirə olunub. İclasda Azərbaycanda H-indeksi və digər əlaqəli göstəricilər üzrə mövcud vəziyyət, nəşr sayına görə yuxarı və aşağı göstəriciyə malik elm sahələri, tədqiqatçı profillərinin sayına görə Azərbaycanın elm və təhsil müəssisələrinin sıralaması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Həmçinin Azərbaycanın H-indeksi göstəricisinin yaxşılaşdırılması ilə bağlı təkliflər dinlənilib və icra mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.
İştirakçılar tərəfindən təqdimatlar da nümayiş olunub.
Yekunda elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə tədbirlərin qısa, orta və uzun müddətli olmaqla qruplaşdırılması və altqrupda təmsil olunmayan aidiyyəti qurumların siyahısının müəyyən olunması, eləcə də həmin qurumlardan nümayəndələrin təyin olunmasına dair qərar qəbul olunub.