Please ensure Javascript is enabled for purposes of website accessibility

Əfqanıstanın Hökümət nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur.

12 iyun 2013-ci il tarixində Azərbaycanda səfərdə olan Əfqanıstanın Rabitə və informasiya texnologiyaları naziri Sanqin Əmirzainin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir.

Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı “ASAN xidmət” mərkəzinin paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinlərinə xidmət göstərdiyini diqqətə çatdırmışdır.

Qonaqlar bu səfərin Azərbaycanda dövlət idarəçiliyi sahəsində əldə olunmuş naliyyətlərin öyrənilməsi və Əfqanıstanda tətbiqi baxımından faydalı olduğunu bildirmiş, Əfqanıstanda dövlət idarəçilik orqanlarının formalaşdırılması və daha da inkişafı prosesində önəmini yüksək qiymətləndirmiş, Azərbaycan tərəfinin göstərdiyi bu kimi dəstəyə, öz təcrübəsinin Əfqanıstan rəsmiləri tərəfindən daha yaxşı öyrənilməsi məqsədi ilə yaratdığı şəraitə görə təşəkkürlərini bildirmişlər.

Qonaqlar Mərkəzin onlarda xoş təəssüratlar yaratdığını və Azərbaycan tərəfi ilə əməkdaşlıqda çox maraqlı olduqlarını qeyd etmişlər.

 

Foto: Əfqanıstan İslam Respublikasının Rabitə və İnformasiya texnologiyaları naziri Əmirzai Sanqinin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

 

A- A A+

Digər press-relizlər