Please ensure Javascript is enabled for purposes of website accessibility

Əfqanıstan İslam Respublikasının maliyyə naziri “ASAN xidmət”də

22 dekabr 2015-ci il tarixində Əfqanıstan İslam Respublikasının maliyyə naziri cənab Eklil Hakimi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 7 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Sonda cənab nazir  “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər