Please ensure Javascript is enabled for purposes of website accessibility

Əcnəbi vətəndaşlar da mobil rəqəmsal ASAN imzanı əldə edə bilərlər

Muasir Azərbaycanın simvolu sayılan və daima inkişafda olan Asan İmza – mobil telefonda elektron imza layihəsindən daha bir yenilik.  8 iyul 2013-cu il tarixində saat 15.00-da  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq ölkəmizdə daimi yaşamaq hüququ olan əcnəbi vətəndaşa Asan İmza elektron sertifikatı və SIM kartı təqdim olundu. Beləliklə, bu, Respublikamızda daimi yaşamaq hüququ olan digər dövlətin vətəndaşına verilən ilk elektron imzadır.

Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının daim artan sayını (təkcə 2013-cü ilinin iyun ayında yaşayış yeri üzrə qeydiyyat üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 52 341 əcnəbi vətəndaş müraciət etmişdir) nəzərə alsaq, bu hadisənin əhəmiyyətini qiymətləndirməmək mümkün deyildir. Bu gündən etibarən Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşları elektron hökumətin bərabərhüquqlu iştirakçısına çevrilərək həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda  olmalarından asılı olmayaraq müxtəlif e-xidmətlərdən, o cümlədən kommersiya fəaliyyəti ilə bağlı e-xidmətlərdən istifadə edə bilərlər.

Foto:Əcnəbi vətəndaşlar da mobil rəqəmsal ASAN imzanı əldə bilərlər

 

A- A A+

Digər press-relizlər