Please ensure Javascript is enabled for purposes of website accessibility

Dünya Bankının ekspertlərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur.

25 iyun 2013-cü il tarixində Dünya Bankının ekspertlərindən ibarət nümayəndə heyəti  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Dövlət Agentliyinin sədri İnam Kərimov qonaqlara 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması tarixçəsi, məqsədləri, keçdiyi inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair yığcam məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, klassik “vahid məkan” prinsipinə əsaslanan orqan qismində“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ətraflı tanış olan qonaqlar Azərbaycanda son dövrdə əldə olunmuş nailiyyətlərin,  xüsusilə də dövlət idarəçiliyi və dövlət xidmətləri ilə bağlı mütərəqqi yeniliklərin bir çox ölkələr üçün nümunə ola biləcəyini vurğulamışlar. Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu vurğulayan Dünya Bankının Nümayəndə Heyəti Dövlət Agentliyinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Foto: Dünya Bankının ekspertlərindən ibarət nümayəndə heyəti  “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur.

 

A- A A+

Digər press-relizlər