Please ensure Javascript is enabled for purposes of website accessibility

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Laura Tak “ASAN xidmət” mərkəzi ilə tanış olub

4 noyabr 2014-cü il tarixində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Laura Tak  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 3 000 000-dan çox vətəndaşa xidmət göstərilib.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər