“Dostluq Kuboku – 2016” uğrunda mini - futbol yarışı keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Dostluq Kuboku – 2016” uğrunda mini- futbol yarışı keçirilib.
Görüşün sonunda qaliblər kubok və pul mükafatı ilə təltif olunublar. I yerin qaliblərinə kuboku Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev təqdim edib.
Qeyd edək ki, 14 - 15 may 2016-cı il tarixlərində baş tutan yoldaşlıq görüşü, həmçinin Həmkarlar İttifaqları arasında əməkdaşlığın gücləndirilməsi, bədən tərbiyəsi və idmanın kütləvi inkişafı sahəsində konkret tədbirlərin həyata keçirilməsinə də xidmət edir.