Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər qiymətləndiriləcəkdir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”  qəbul olunmuşdur. 

Qaydalar dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin keyfiyyətinin (göstərilmə səviyyəsinin) təyin edilməsi məqsədini daşıyır və bu sahədə qabaqcıl təcrübə nəzərə alınmaqla hazırlanmışdır.

Dövlət Agentliyi pilot layihə çərçivəsində Qaydalara əsasən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirəcəkdir.

Pilot layihə bitdikdən sonra Dövlət Agentliyi qeyd olunan Qaydalara əsasən elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcəkdir. ­

“Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İnformasiya-kommunikasiya ili” elan edilmiş 2013-cü il çərçivəsində müvafiq tədbirlərin tərkib hissəsi kimi həyata keçiriləcəkdir.

 

A- A A+

Digər press-relizlər