Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib

   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.

Qəbulda müraciətlər əsasən işlə təmin edilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.

Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

A- A A+

Digər press-relizlər