Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın növbəti görüşündə iştirak edib

29 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) üzvləri üçün təşkil olunan növbəti görüşdə iştirak edib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması tarixi və məqsədləri, həyata keçirilən fəaliyyət və gələcək planlara dair iştirakçılara məlumat verib. Qeyd edilib ki, “ASAN xidmət” mərkəzlərinə olunan ümumi müraciətlərin sayı 36 milyondan çox təşkil edib ki, bu da təqribən 6 milyondan çox unikal şəxs deməkdir.

Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Həmçinin müxtəlif sosial və innovativ layihələr, elektron hökumət quruculuğu sahəsində həyata keçirilən fəaliyyət və gələcək planlar diqqətə çatdırılıb.

Sonra iştirakçıların sualları və müraciətləri cavablandırılıb.

AmCham nümayəndələri bu görüşə və “ASAN xidmət” ilə biznes sektoru təmsilçiləri arasında yaradılan müzakirələrə görə razılıqlarını bildiriblər.

AmChamın 100-ə yaxın üzvünün və tərəfdaşının, o cümlədən diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar edilib.

A- A A+

Digər press-relizlər