Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər etmişdir
21-26 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstan Respublikasının Əhaliyə Xidmət Mərkəzləri ilə tanış olmaq məqsədi ilə Astana və Almatı şəhərlərinə səfər etmişdir.
Səfər zamanı Qazaxıstan Respublikasının Kommunikasiya və Rabitə Nazirliyinin və onun Astana və Almatı şəhərlərindəki Əhaliyə Xidmət Mərkəzlərinin rəhbərliyi ilə görüşlər təşkil edilmiş və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.
Görüş zamanı nümayəndə heyəti o cümlədən Astana və Almatı şəhərlərinin Əhaliyə Xidmət Mərkəzlərinin iş rejimi ilə tanış olmuş və xidmət prosesini əyani şəkildə müşahidə etmişdir.
Səfərin əsas məqsədi vətəndaşlara xidmət üzrə Qazaxıstan təcrübəsi barədə ətraflı məlumat əldə etmək və vahid məkandan dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”in təqdimatının edilməsindən ibarət idi.
Foto: Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər etmişdir