Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin nümayəndə heyəti Belçika Krallığına səfər edib

8-11 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığına səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Brüssel şəhərində Belçika Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Federal Dövlət Xidmətində, Avropa Komissiyasında, Daxili İşlər Nazirliyində və ZETES şirkətində (Belçikanın biometrik pasport və ID kard üzrə sənaye şirkəti)  bir çox görüşlər keçirib və müzakirələr aparıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Belçika Krallığının ZETES şirkətinin istehsalat müəssisəsində biometrik ümumvətəndaş pasportu və biometrik şəxsiyyət vəsiqələrinin hazırlanması mexanizmi ilə yerindəcə tanış olub.

Görüşlərdə “ASAN xidmət” modeli barədə ətraflı məlumat verilib.“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əsaslandığı iştirakçıların diqqətinə çatdırılıb.

 

A- A A+

Digər press-relizlər