Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olaraq 29.07.2015-ci il saat 17:00-dan 30.07.2015-ci il saat 15:00-dək “108” telefon nömrəsinə daxil olan zənglərin qəbulunda müvəqqəti fasilələr yaranacaq.

Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra 108 “Çağrı mərkəzi” tam fəaliyyəti ilə vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki,  vətəndaşlar qeyd olunan müddətdə həm “ASAN xidmət”in rəsmi Facebook səhifəsi https://www.facebook.com/asanxidmat, həm də rəsmi internet saytı http://asan.gov.az/ üzərindən müraciətlərini ünvanlaya bilərlər. 

 

A- A A+

Digər press-relizlər