Dövlət Agentliyinin əməkdaşlarına medallar təqdim olunub

18 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş Dövlət Agentliyinin əməkdaşlarına medalların təqdimolunma mərasimi keçirilib.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək, Prezident İlham Əliyev tərəfindən Dövlət Agentliyinin fəaliyyətinə daim xüsusi diqqət və qayğı göstərildiyini, “ASAN xidmət" işçilərinin peşə bayramı gününün təsis edildiyini vurğulayıb.

Sonra “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalı ilə təltif olunmuş əməkdaşlara ali dövlət mükafatları təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən, “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Dövlət Agentliyinin 10 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, 17 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

A- A A+

Digər press-relizlər