Dövlət Agentliyi və TİKA-nın birgə təşkil etdiyi təlimlər başa çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA təşkilatı) arasındakı əməkdaşlıq çərçivəsində keçirilən səkkiz günlük təlim öz işini başa vurub.
“Linux sisteminin təhlükəsizliyi”, “Məlumat təhlükəsizliyi”, “Şəbəkə təhlükəsizliyi” və “Proqram təminatı vasitəsilə təyin olunmuş şəbəkə” mövzularında təşkil olunmuş təlimlərdə Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikasının 20-ə yaxın dövlət orqanlarının nümayəndələri də iştirak ediblər. Bütün iştirakçılar təlimləri uğurla başa vuraraq proqramın sonunda şəhadətnamələrlə təltif olunub.