Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyi və AzeDer təşkilatı arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır

26 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və AzeDer təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır.

Anlaşma Memorandumunu Dövlət Agentliyi tərəfindən sədr müavini Ülvi Mehdiyev, AzeDer təşkilatı tərəfindən isə sədr müavini Abbas Məmmədov imzalamışdır.

Memorandum tərəflər arasında təcrübə mübadiləsinin həyata keçirilməsinə, müxtəlif staj və proqramların təşkil olunmasına, gənc mütəxəssislərin peşəkar-təcrübi vərdişlərinin artırılmasına yönəlmişdir.

Eyni zamanda, Memorandum xaricdə təhsil alan Azərbaycanlı gənclərin Dövlət Agentliyində təcrübə keçmək imkanlarını özündə ehtiva edir. 

 

A- A A+

Digər press-relizlər