Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyi Estoniyanın Elektron Hökumət Akademiyası tərəfindən xüsusi mükafata layiq görüldü

08-15 may 2015-ci il tarixində Estoniyanın Tallin şəhərində ilin ən böyük informasiya-kommunikasiya texnologiyaları (İKT) tədbirlərindən olan ənənəvi "İKT Həftəsi 2015" ("ICT Week  2015") keçirilib. 


Bir çox ölkələrdən nümayəndə heyəti qatılan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin də nümayəndə heyəti iştirak edib.

Dövlət Agentliyi Estoniyanın Elektron Hökumət Akademiyası tərəfindən elektron hökümətin qurulmasında göstərdiyi əhəmiyyətli rola görə xüsusi mükafata layiq görülüb.

Tədbir çərçivəsində seminarlardan biri Azərbaycan brendi olan “ASAN xidmət”ə həsr olunub və edilən təqdimatda dövlət xidmətlərinin daha effektiv, şəffaf yolla çatdırılmasında, eyni zamanda elektron hökumət quruculuğunda “ASAN xidmət”in rolu qeyd olunub. 

Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsi tədbir iştirakçıları və KİV nümayəndələri tərəfindən maraqla qarşılanıb, “ASAN xidmət” modeli qabaqcıl təcrübələrdən biri kimi vurğulanıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd elektron hökumətin qurulması sahəsində müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi və ən yaxşı təcrübələrin paylaşılmasıdır.  

 

A- A A+

Digər press-relizlər