Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
10 may 2021-ci il tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü kimi qeyd olunur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və əməkdaşlar Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.