Please ensure Javascript is enabled for purposes of website accessibility

Dağıstan Respublikasının çoxfunksiyalı mərkəzinin rəhbəri Osman Xaspulatovun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

26 avqust 2013-cü il tarixində Rusiya Federasiyasının Dağıstan Respublikasının  Dövlət və bələdiyyə xidmətlərini  təqdim edən çoxfunksiyalı mərkəzin rəhbəri Osman Xaspulatovun rəhbərlik etdiyi nümayəndə heyəti  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri  İnam Kərimov  1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması tarixçəsi , məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirmişdir ki, klassik “vahid məkan” prinsipi əsasında çalışan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid məkan prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Diqqətə çatdırıldı ki, 15 yanvar tarixindən indiyədək 400 mindən çox vətəndaşa xidmət göstərilmişdir.

Qonaqlar Dağıstan Respublikası  və Azərbaycan Respublikası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildirmişlər. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Foto: Dağıstan Respublikasının çoxfunksiyalı mərkəzinin rəhbəri Osman Xaspulatovun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

 

A- A A+

Digər press-relizlər