Please ensure Javascript is enabled for purposes of website accessibility

CAR-ın Türkiyə Respublikasındakı səfiri “ASAN xidmət” mərkəzi ilə tanış olub

6 iyun 2016-cı il tarixində Cənubi Afrika Respublikasının Türkiyə Respublikasındakı səfiri cənab Pule İsaak Malefane-nin rəhbərlik etdiyi CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq İdarəsinin nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 10 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər