Please ensure Javascript is enabled for purposes of website accessibility

Bosniya və Herseqovinanın Azərbaycandakı səfiri “ASAN xidmət” mərkəzi ilə tanış olub

10 iyun 2016-cı il tarixində Bosniya və Herseqovina Respublikasının iqamətgahı Ankarada olmaqla Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri cənab Damir Dzanko 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 10 000 000 müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Həmçinin qonaq ASAN radionun fəaliyyəti ilə də tanış olub.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan cənab səfir mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər