Please ensure Javascript is enabled for purposes of website accessibility

Bolqarıstanın vitse-prezidenti “ASAN xidmət”də

29 sentyabr 2016-cı il tarixində Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyəti Gəncə regional “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 12 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər