Please ensure Javascript is enabled for purposes of website accessibility

Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin üzvlərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

29 aprel 2014-cü il tarixində Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının və Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin üzvlərindən ibarət nümayəndə heyəti  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

 Qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirilmişdir ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, ümumilikdə vətəndaş məmnunluğunun təmin edilməsidir. Həmçinin bildirilmişdir ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə “Azərbaycan modeli” olaraq xüsusi təqdim edilir.

 Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1 600 000-dən çox vətəndaşa xidmət göstərilmişdir.

 Qonaqlar “ASAN xidmət” təcrübəsinin digər ölkələr o cümlədən Böyük Britaniyada tətbiqində maraqlı olduqlarını bildirdilər.  “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışlar.

 Foto: Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin üzvlərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

 

A- A A+

Digər press-relizlər