Please ensure Javascript is enabled for purposes of website accessibility

BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi “ASAN xidmət”də

26 yanvar 2016-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi səlahiyyətlərini müvəqqəti icra edən cənab Ercan Muratın rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 7 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Sonda qonaqlar  “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər