Please ensure Javascript is enabled for purposes of website accessibility

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Masallı “ASAN həyat” kompleksində

6 oktyabr 2016-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Qulam İsakzainin başçılıq etdiyi nümayəndə heyəti Masallı “ASAN həyat” kompleksinin fəaliyyəti ilə tanış olub.

Qonaqları salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Masallı “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir - Heydər Əliyev İncəsənət məktəbi, “ASAN İntelektual” inkişaf mərkəzi, ABAD Mərkəzi, ASAN Brend dükanı, Kinoklub, Kafe. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə bilər.

Bildirilib ki, bu günədək 12 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər