Please ensure Javascript is enabled for purposes of website accessibility

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi “ASAN xidmət”də

21 aprel 2016-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı yeni Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 9000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan cənab Qulam İsakzai "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

 

A- A A+

Digər press-relizlər