Please ensure Javascript is enabled for purposes of website accessibility

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutu

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutub.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əqli Mülkiyyət Agentliyi, Dövlət Statistika Komitəsinin nümayəndələri və eyni zamanda ekspertlər iştirak ediblər.

Müzakirələr zamanı Qlobal İnnovasiyalar İndeksi 2021-ci il üzrə hesabatında aşağı balla qiymətləndirilən indikatorların ümumi müzakirəsi aparılıb, həmin indikatorlar üzrə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində təkliflər verilmiş və görüləcək işlər müzakirə olunub.

Eyni zamanda https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə özəl sektor nümayəndələrinin və vətəndaşların İşçi qrupunun fəaliyyətinə cəlb edilməsi, müzakirələr aktiv qoşulması imkanları barədə danışılıb.

Sonda ölkənin mövqeyinin Qlobal Rəqabətlilik və Qlobal İnnovasiyalar indeksləri üzrə yaxşılaşdırılması istiqamətində müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

A- A A+

Digər press-relizlər