Please ensure Javascript is enabled for purposes of website accessibility

“Bir sifariş – Bir sevinc” layihəsi yekunlaşıb

COVID-19 pandemiyasının təsirinə məruz qalan aztəminatlı ailələrə, həmçinin kiçik kafe və restoranlara dəstək olmaq məqsədilə "Coca-Cola" və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçrililən “Bir sifariş – Bir sevinc” layihəsi yekunlaşıb. Layihənin tərəfdaşı olan "Wolt" qida çatdırılması tətbiqində yaradılmış “Bir sifariş – Bir sevinc” (Buy one, donate one) bölməsində xüsusi menyudan edilmiş hər bir sifariş müqabilində aztəminatlı ailələrə 18 adda müxtəlif ərzaq məhsullarından ibarət olan qida qutuları təqdim olunub.

Ötən ilin dekabr ayından davam edən layihə çərçivəsində Bakı, Gəncə, Bərdə, Ağdam, Tərtər, Şamaxı, Tovuz, Sabirabad, Mingəçevir, Masallı, Ağcabədi, İmişlidə yaşayan 7 min  aztəminatlı ailəyə,  ümumilikdə 20 mindən çox insana ASAN könüllüləri tərəfindən qida yardımı çatdırılıb. Qida qutularının bir hissəsi kampaniyanın ilk günlərində müharibə dövründə zərərçəkən ailələrə göndərilib.
 
Qeyd edək ki, layihənin icrasında iştirak edən təşkilati komanda və ASAN könüllülərinə aktiv fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşlarının iştirakı ilə xüsusi təşəkkürnamələr təqdim olunub.

A- A A+

Digər press-relizlər