Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri “ASAN xidmət”də
27 aprel 2016-cı il tarixində Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri cənab Rasmus Vandal 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 9000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan baş müşavir "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.