Please ensure Javascript is enabled for purposes of website accessibility

Beynəlxalq Ali Audit Qurumlarının nümayəndələri “ASAN xidmət”də

Müxtəlif ölkələrin Ali Audit Qurumlarının nümayəndələri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlar Azərbaycan Respublikasının Hesablama Palatasının təşkilatçılığı ilə keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” adlı konfransda iştirak məqsədilə ölkəmizdə səfərdədirlər. 


Nümayəndə heyətinə  “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb. Həmçinin “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.

A- A A+

Digər press-relizlər