Please ensure Javascript is enabled for purposes of website accessibility

Bərdə və Gəncə şəhərlərində seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bərdə rayon və Gəncə şəhər İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Bərdə və Gəncədə “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib.

Tədbirdə “ASAN xidmət” və İcra Hakimiyyətlərinin işçi heyəti iştirak edib. 

Seminarı Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Siyasi araşdırmalar institutunun direktoru, millət vəkili prof. Elman Nəsirov, Elmi-Təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dos. Rəcəb Rəhimli aparıblar. 

Qeyd edək ki, 31 yanvar 2013-cü il tarixində Dövlət İdarəçilik Akademiyası ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu günə kimi memorandum sayəsində “İnnovativ idarəetmə görüşü”, “İ-club”, müxtəlif layihə və tədbirlər həyata keçirilib. Baş tutan seminar isə bu əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır və ilk dəfə Sabirabad şəhərində keçirilib.

 

A- A A+

Digər press-relizlər