Please ensure Javascript is enabled for purposes of website accessibility

Bərdə “ASAN xidmət” mərkəzinin əhatə dairəsi genişləndi

Artıq Bərdə “ASAN xidmət” mərkəzi Mingəçevir və Ağdaş rayonlarının sakinlərinə də xidmət göstərəcək. Belə ki, adıçəkilən rayon sakinləri Bərdə “ASAN xidmət” mərkəzinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki,  2015-ci il  martın 29-u Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb və Mərkəz Bərdə rayonu ilə yanaşı Ağdam, Ağcabədi, Laçın, Yevlax, Füzuli və Tərtər rayonlarının qeydiyyatda olan sakinlərinə xidmət göstərir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.

 

A- A A+

Digər press-relizlər