Please ensure Javascript is enabled for purposes of website accessibility

Bərdə “ASAN xidmət” mərkəzinin açılışı olub

12 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə “ASAN xidmət” mərkəzinin açılışı olub.

Bərdə  “ASAN xidmət” mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan  ümumi sayı  800 000-ə yaxın vətəndaşa xidmət göstərəcək.

Hazırda 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.  Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə,  Sabirabad  və Bərdədə yerləşir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.

 

A- A A+

Digər press-relizlər