Please ensure Javascript is enabled for purposes of website accessibility

“Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib

28 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “ASAN həyat” kompleksində “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib. Tədbirdə “ASAN xidmət” və Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Seminarı Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Elmi-Təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dos. Rəcəb Rəhimli və Siyasi araşdırmalar institutunun direktoru, millət vəkili prof. Elman Nəsirov aparıblar.

Qeyd edək ki, 31 yanvar 2013-cü il tarixində Dövlət İdarəçilik Akademiyası ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu günə kimi memorandum sayəsində “İnnovativ idarəetmə görüşü”, “İ-club”, müxtəlif layihə və tədbirlər həyata keçirilib.

 

A- A A+

Digər press-relizlər