Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə hakaton baş tutacaq

"ASAN xidmət"in, “ASAN Könüllüləri” Təşkilatının və "Coca-Cola" Fondunun birgə əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonu keçiriləcək.

Məqsəd tullantıların azaldılması və təkrar emala cəlb edilməsini təşviq etmək, bu istiqamətdə məlumatlandırma mexanizmi hazırlamaqla ekoloji dayanıqlılığa nail olmaqdır.


 2, 3 dekabr 2022-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan hakaton iştirakçılar arasında yaradıcı düşünmə bacarığını inkişaf etdirəcək, ekoloji problemlərə innovativ həllər təklif etməklə ölkəmizdə ictimai xidmətlərin təşkilində innovasiyaların tətbiqinə töhfə verəcəkdir.


Hakatonda iştirakçıların layihə konseptləri sahəvi mentorların dəstəyi ilə prototip (MVP) halına salınaraq münsiflər tərəfindən dəyərləndiriləcəkdir. Dəyərləndirmə nəticəsində ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə 6000 AZN (I yer), 4000 AZN (II yer) və 3000 AZN (III yer) dəyərində pul mükafatı təqdim olunacaqdır.


Hakatonda iştirak etmək üçün aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat 10 noyabr, saat 23:59-da yekunlaşacaq.


Qeydiyyat üçün keçid:​  https://bit.ly/3TYtEoX

A- A A+

Digər press-relizlər