Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə irəlilədi

Hər iki ildən bir Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya ölkələrində elektron hökumətin inkişaf səviyyəsini  müəyyən edən sorğu keçirilir. "Elektron Hökumət Sorğusu" adlı bu araşdırmada əsas 2 göstərici, "Elektron hökumətin İnkişafı İndeksi" (E-Government Development Index-EGDİ) və "Elektron İştirak İndeksi" (E-Participation Index -EPİ) üzrə qiymətləndirmə aparılır.

Sorğunun nəticələrinə görə 2016-cı ildə Azərbaycan 2014-cü illə müqayisədə dünyanın 193 ölkəsi arasında EGDİ üzrə 12 pillə irəlilərəyək 56-cı yeri, EPİ üzrə isə 30 pillə irəliləyərək 47-ci yeri tutub.

Azərbaycan əsas irəliləyişə məhz "Elektron Hökumətin İnkişafı İndeksi"ni təşkil edən meyarlardan biri olan “Onlayn Xidmət İndeksi” üzrə nail olub ki, bu da onun ümumi EGDİ göstəricisinin 58% artmasına səbəb olub. Eyni zamanda sorğunun nəticələrinə dair Hesabatda Azərbaycanın diqqətçəkən inkişafı  və "Elektron İştirak İndeksi" üzrə dünya ölkələri arasında ilk əlliliyə daxil olması xüsusi vurğulanıb.

Beləliklə, nəticələrə əsasən Azərbaycan bir sıra potsovet ölkələri daxil olmaqla müxtəlif ölkələri geridə qoyub: Çin, Ukrayna, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan və s. Qeyd etmək lazımdır ki, Ermənistan isə 2014-cü illə müqayisədə EGDİ üzrə 26, EPİ üzrə isə 25 pillə geriləyib.  

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilir ki, bu irəliləyiş Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən son illər Azərbaycanda dövlət orqanları, o cümlədən “ASAN xidmət” çərçivəsində Elektron Hökumət quruculuğu və elektron xidmətlərdən istifadə sahəsində həyata keçirilən davamlı layihələrin nəticəsidir.

UN E-Government Survey 2016 aşağıdakı linkdən yüklənilə bilər:

http://workspace.unpan.org/  

 

A- A A+

Digər press-relizlər