Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti “ASAN xidmət” mərkəzi ilə tanış olub

8 may 2015-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara “ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumat verilib, bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib.

Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsi baxımından digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 5.000.000-a yaxın müraciətin daxil olduğu qonaqların diqqətinə çatdırılıb.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib, mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar  arzulayıb.

 

A- A A+

Digər press-relizlər