Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti “ASAN xidmət”də

15 mart 2017-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının Ölkə iqtisadiyyatı və siyasət departamentinin direktoru Artur Radzivil və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərlinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib,  uğurlu ASAN təcrübəsi, “ABAD” layihəsi və beynəlxalq səviyyədə həyata keçirilən əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində "ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülməsi xüsusi vurğulanıb.

 

A- A A+

Digər press-relizlər