Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi “ASAN xidmət”də

9 oktyabr 2017-ci il tarixində Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Xristof Beyard 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 18 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 

A- A A+

Digər press-relizlər