Please ensure Javascript is enabled for purposes of website accessibility

Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru “ASAN xidmət” mərkəzi ilə tanış olub

2 iyul 2014-cü il tarixində Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru Filip Boya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.

Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Eyni zamanda, Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar-“ASAN ödəniş” aparatı,  “Skype Şikayət” qurğusu, “Elektron ərizə ” avadanlığı və digərləri qonağa nümayiş etdirilmişdir.

Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində bügunədək 2 000 000-dən çox vətəndaşa xidmət göstərilib.

Qonaq “ASAN xidmət”  mərkəzlərinin fəaliyyətini təqdirəlayiq hesab edib, məhz bu təcrübənin Avropa Şurası məkanında tətbiqinin faydalı ola biləcəyini qeyd edib.

Qonaq Azərbaycan və Avropa Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini  bildirib. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq  buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər